"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

"Oğlumun qanını yerdə qoymayacam" - Qətlə yetirilən şəxsin anası

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və quldurluq maddəsi ilə təqsirləndirilən şəxs Əsədov Rəhim İsmayıl oğlunun növbəti məhkəmə prosesi keçirilib. 

Xeberlent.az-ın məlumatına görə, hakim Novruz Kərimov dövlət ittihamçısı dəyişdiyi üçün yeni prokuror Elvin Mirzəyevi təqdim edib.

Sonra şahid qismində qətlə yetirilən İmanova Rəşid Rüstəm oğlunun anası Günel İmanova ifadə verib: "Mən Rəhim Əsədovu tanımıram. Hadisə baş verən gün mən işdə idim. Hər gün mən işdə olanda məni yığırdı. Zəng elədim, gördüm Rəşidin telefonundan kimsə yazdı. Amma Rəşid solaxay olduğuna görə göndərdiyi onun yazdığı mesaj deyildi. Sonra qaynım oğlu İsmayılı göndərdik evə, gördü Rəşid qanın içindədir. Rəşidin qanını yerdə qoymayacam. Ona ömürlük cəza istəyirəm. Məni Rəşid saxlayıb aşpazlığı ilə".

Növbəti şahid, Rəşidin qardaşı Riyad İmanov ifadə verib: "Rəhimi tanımıram. Hadisə barədə heç nə bilmirəm, mən işdə olmuşam, ofisiant işləyirdim.  Bu gəlib evə, aralarında mübahisə olub, öldürüb Rəşidi. Hadisə barədə mənə  əmim oğlu məlumat verib. Qardaşım aşpaz işləyib".

Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı ilkin olaraq Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.